“Biz 2030-cu ilə qədər Avropanın milli ərazisindən kənarda böyük, yüksək intensivlikli müharibə riskinin artdığı yeni dövrə qədəm qoyuruq. Bu müharibə Fransanı və onun müttəfiqlərini, xüsusən də Avropadakı müttəfiqlərini də cəlb edə bilər”, - sənəddə vurğulanır.
Hesabatın müəlliflərinin fikrincə, Fransa genişmiqyaslı hibrid hücumlara məruz qala bilər.
Əsas təhdidlər sırasında “Rusiya təhlükəsi” xüsusi vurğulanır. Fransa hakimiyyətinin iddiasına görə, yaxın 3-5 ildə Rusiyanın təcavüzə başlaması mümkündür. Onun potensial hədəfləri kimi Moldova, Balkanlar və hətta NATO ölkələrinin adı çəkilir.
Moskva, öz növbəsində, dəfələrlə Rusiyanın Avropa üçün təhlükə yaratmadığını bəyan edib. Öz çıxışlarında belə ittihamları yersiz adlandıran Rusiya prezidenti Vladimir Putin bunun Qərb ölkələrində ictimaiyyəti qorxutmaq cəhdi kimi qiymətləndirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


